Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell”- dən misilsiz “KonturPay” kampaniyası

Bakı, 17 sentyabr 2008

Abonentlərini daim xoş sürprizləri ilə sevindirən “Azercell Telekom” MMC bu payız da ənənəsinə sadiq qaldı. “Azercell”-in bu payız start verdiyi “KonturPay” adlanan yeni kampaniyası abonentlərinə xeyli sayda pulsuz danışıq vaxtı qazandırır. Sentyabrın 15-dən dekabrın 31-dək davam edəcək kampaniya çərçivəsində “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri bir gün ərzində iki eyni nominallı kartı yükləməklə elə həmin gün həmin kart növündə olduğu qədər kontur pay alacaqlar. Belə ki, əgər abonent bir gün ərzində balansına azı 2 ədəd 2 manatlıq kart yükləyərsə, onda növbəti gündən gec olmayaraq onun balansına daha 360 kontur hədiyyə yüklənir. Eləcə də, 2 ədəd 5 manatlıq kart yüklədikdə onun müqabilində 1000 kontur, 2 ədəd 10 manatlıq yüklədikdə 2500, 2 ədəd 20 manatlıq yüklədikdə 5500 kontur, 2 ədəd 40 manatlıq yüklədikdə 11500 kontur pay almaq imkanı əldə edir. Bir sözlə bir gün ərzində “Azercell” abonentləri 20860 hədiyyə konturu qazana bilərlər. Qeyd edək ki, bir nominallı kartdan gün ərzində yalnız bir dəfə bonus qazanmaq olar.

“Azercell Telekom” MMC bundan sonra da, abonentlərini maraqlı və sərfəli kampaniyaları ilə sevindirməyə davam edəcək. Bu payız abonentləri daha maraqlı sürprizlər gözləyir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr