Azərbaycan dilindəIn EnglishПо-русски

Texnologiya Məşəli Azərbaycanda Yanır!

Bakı, 23 sentyabr 2008

Rouminq texnologiyası liderləri “Azercell”-in dəvəti ilə Bakıda toplaşır

“Azercell Telekom” MMC ev sahibi olacağı beynəlxalq iclasda iştirak üçün rouminq texnologiyası liderlərinin Bakıya səfərini elan etmək məqsədilə bu gün mətbuat konfransını keçirmişdir. GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertler Qrupunun (QREQ) illik iclası 27-30 oktyabr 2008-ci il tarixlərində “Hyatt Regency” mehmanxanasında keçiriləcəkdir və bu münasibətlə, dünyanın bütün yerlərindən 120-dən çox ekspert Bakıya səfər edəcəkdir.

Bakıdakı toplantı QREQ-in 55-ci iclası olacaq. Ötən il isə, bu tədbir Çex Respublikasının paytaxtı Praqada keçirilmişdir. 3G GSM sahəsində təkamül meyllərini nəzərə alaraq, QREQ beynəlxalq rouminqi dəstəkləyən texniki, əməliyyat və işçi məsələləri araşdırır. QREQ şəbəkələrin uzlaşması və funksional uyğunluğu perspektivi, şəbəkələr arasında rouminq zamanı siqnalların ötürülməsi və qarşılıqlı surətdə işləməsi, QİMŞ (Quruda İctimai Mobil Şəbəkələri), QİTŞ (Qurulmuş İctimai Telefon Şəbəkələri), VXRŞ (Vahid Xidmətlər üzrə Rəqəmsal Şəbəkələr) və PQİMŞ (Paket formasında Qurulmuş İctimai Məlumatlar Şəbəkəsi) kimi məsələlərdən tutmuş səs ilə məlumat xidmətləri üçün tövsiyələr və sınaq prosedurların müəyyən edilməsinə qədər araşdırmaları aparır.

Dünyanın 50-dən artıq ölkəsindən olan iştirakçılar 27 oktyabr tarixində Bakıya gələcəklər və “Azercell”-in mətbuat konfransında elan etdiyi qaydada aşağıdakı mövzuları müzakirə edəcək görüşlərə, texniki müzakirələrə və seminarlara qoşulacaqlar: SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları – IR.21, Rouminq və 3GPP şəbəkənin seçim üslublarının idarə edilməsi, NGMN-GSMA statusu barədə əməkdaşlıq sazişi, IP qarşılıqlı iş Alyansın (IPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması.

Mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin Vitse-Prezidenti Ali Ağan bildirmişdir: “Bu görüşün Bakıda keçirilməsi ölkəmizin yüksək texnoloji və yenilik mühitinə malik olmasının qlobal səviyyədə qəbul olunmasının göstəricisidir. “Azercell” olaraq biz Azərbaycana, abunəçilərimizə ən son texnologiyaları gətirməklə, belə bir tanınmaya ilk dəfə nail olmağımızdan qürur hissi duyuruq. Azərbaycan Qafqaz və Avrasiyada aparıcı texnologiyaların vətəni olan ölkələrdən biridir. Bu cür toplantının bir çox namizəd ölkələrin olmasına baxmayaraq məhz Azərbaycanda keçirilməsi seçimi bütün dünyaya göstərir ki, Azərbaycan hər bir qlobal yeniliyə hazırdır. Dünya bankının “Doing Business” hesabatına görə Azərbaycan iqtisadi islahatlarına görə dünyada birinici yeri tutmuş, bir neçə il ümumdaxili məhsulun artım tempinə görə lider bir ölkə olmuşdur. Hazırda bu tədbirin Azərbaycanda kecirilmə qərarı Azərbaycanın dünya iqtisadiyyatındakı rolunun göstəricisidir və biz “Azercell” olaraq Azərbaycanın nüfuzunun artırılmasında əməyimizin olmasından böyük qürur duyuruq

Eyni zamanda, Ali Ağan qeyd etmişdir ki, bu, Azərbaycanın müasir simasını təqdim etməklə yanaşı, qonaqpərvərliyimizi nümayiş etdirmək və yerli ənənəvi dəyərlərə önəm verdiyimizi göstərmək üçün çox yaxşı fürsətdir. O, bildirmişdir: “Azercell olaraq, biz təkrarolunmaz mədəni irslə tanış olacaq və GSM texnologiyaların gələcəyini məmnuniyyətlə qəbul edən mühiti tanıyacaq qonaqlarımıza ölkəmizə “xoş gəlmişsiniz” deyirik.

Özünün 3.5 milyonluq abonent bazası ilə “Azercell Telekom” MMC ölkədə ən yüksək keyfiyyətli rabitə xidmətlərini göstərən ən böyük mobil rabitə operatorudur. 1996-cı ildə təsis edilmiş və həmin ildən etibarən fəaliyyət göstərən “Azercell” Azərbaycana 1 milyard ABŞ dollarına yaxın sərmayə yatırıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr