Yeni abonentlərimiz üçün ilkin tarif Bizdən Bizə oldu!Bakı, 02 oktyabr 2008 Yeni SimSim abonentləri birbaşa “BizdənBizə” tarif paketinə qoşulur
Daim abonentlərin qayğısına qalan “Azercell Telekom” onların məmnuniyyətini artırmaq üçün daha bir yenilik tətbiq edir. Belə ki, bundan sonra “Azercell”i seçən yeni SimSim abonentləri birbaşa “BizdənBizə” tarif paketinə qoşulurlar. Bu da fakturasız xətt abonentlərini əlavə narahatçılıqdan xilas edərək və daha əlverişli tariflərlə danışmasına imkan yaradır.
Əvvəllər “BizdənBizə” tarif paketini seçmək üçün Açıq Xətt və GəncSim abonentləri keçid etməli idilər. Bəzən balansını diqqətdə saxlayan müştərilər yeni xidmətlərin seçiminə ehtiyatla yanaşırlar. Həmçinin konturlardan az istifadəyə meylli olan Açıq Xətt və GəncSim abonentləri sərfəli olmasına baxmayaraq, digər paketlərə keçməyə tələsmirlər. Bu baxımdan, “Azercell”in tətbiq etdiyi yenilik bu mobil operatoru seçən yeni SimSim abonentlərinin işini daha da rahatlaşdıracaq. Onların elə əvvəldən daha sərfəli və ucuz tariflə danışmasına şərait yaradacaq. Beləliklə, “Azercell Telekom”a üstünlük verən yeni SimSim abonentləri bu seçimlərinə görə peşman olmayacaqlar!
Xatırladaq ki, “BizdənBizə” tarif paketini seçən Açıq Xətt və GəncSim abonentləri Azercell şəbəkəsi daxilində zənglərdə ilk 10 saniyənin bütöv qiymətləndirilməsi qaydası tətbiq edilməməsi ilə yanaşı, pik saatlarda edilmiş zənglər üzrə 2 saniyə = 1 kontur, qeyri-pik saatlarda edilmiş zənglər üzrə 3 saniyə = 1 kontur, Dost-Tanış nömrələrinə edilmiş bütün zənglər üzrə isə 3 saniyə = 1 kontur endirimlərini əldə edirlər. Azercell Telekom MMC Mətbuat Xidməti |