Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” daha iki beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib!

Bakı, 09 oktyabr 2008

“Azercell Telekom” MMC Beynəlxalq MMS rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir. Bu dəfə operator, Yəmən Respublikasının “Spacetel” və Qətərin “Q-Tel” mobil rabitə şirkətləri ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib. Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün “Azercell Telekom”, 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hal-hazırda “Azercell Telekom” MMC 32 mobil şəbəkə operatoru ilə 29 ölkədə MMS xidmətinə qoşulub.

Xatırladaq ki, ölkəmizin aparıcı mobil operatoru, indiyə kimi 63 ölkənin 130 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər “Azercell” abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə “Azercell” abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Xidmətlərini müştəri rahatlığına yönəldən və “Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir” prinsipinə sadiq qalan “Azercell Telekom” MMC ilk dəfə ölkəmizə “MMS”, “GPRS”, “EDGE”, “Simurq” kimi mobil rabitə xidmətlərini tətbiq edib. 3 milyondan çox abonent ailəsini özündə birləşdirən ”Azercell Telekom”, bundan sonra da informasiya-rabitə texnologiyalarının ən son nailiyyətləri ilə öz abonentlərini sevindirəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr