Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell”-in stansiyaların sayı 1500-ə yaxınlaşır

Bakı, 10 oktyabr 2008

Sentyabr ayında şirkət daha 17 radio-baza stansiyası quraşdırıb

Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq ”Azercell Telekom” MMC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Keyfiyyətli rabitəni təmin etmək məqsədilə “Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, bu ilin sentyabr ayının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki sentyabr ayında “Azercell Telekom” MMC 17 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Sentyabrda istifadəyə verilən stansiyalardan 3-ü Bakı, digərləri isə Ağcabədi, Ağdaş, Balakən, Bərdə, Beyləqan, Cəlilabad, Gəncə, Göyçay, Göy-göl, İsmayıllı, Qax, Yardımlı, Zaqatala və Zərdab rayonlarının ərazisində quraşdırılıb.

Hazırda “Azercell”-in radio-baza stansiyalarının sayı 1500-ə yaxınlaşır. Ümumilikdə oktyabr ayının əvvəlinə “Azercell”-in 1494 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 12 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.

Stansiyaların sayının artması “Azercell” abonentlərinə ölkəmizin istənilən guşəsində bu operatorun xidmətlərindən daha keyfiyyətli surətdə yararlanmağa imkan verir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr