Azərbaycan dilindəIn EnglishПо-русски

“Açıq xətt” – ikiqat müddət!

Bakı, 16 oktyabr 2008

“Azercell Telekom” MMC fakturasız xətt abonentləri üçün xəttin uzun müddətə açıq qalmasına və yüklənən konturları daha rahat xərcləməyə imkan verən xüsusi tarif paketi təklif edir. “Acıq xətt” tarif paketində olan abonentlər kontur kartlarını yüklədikləri zaman digər paketlərə nisbətən nə az, nə çox düz 2 dəfə artıq istifadə müddəti əldə edir.

Yeni “Açıq xətt” tarif paketi üçün 2 manatlıq yükləmə kartının istifadə müddəti 2 ay, 5 manatlıq kart üçün 4 ay, 10 manatllq kart üçün isə 6 ay olacaq. 20 manatlıq danışıq kartı yükləyən “Açıq xətt” abonentləri 1 il, 40 manatlıq kart yükləyən abonentlər isə düz 2 il müddətinə nömrələrinin bağlanmasından narahat olmaya bilərlər.

“Açıq xətt” tarif paketinə keçid qaydası digər tarif paketləri ilə eynidir. Bunun uçun sadəcə 7575 – ə “acıq xətt” yazıb göndərmək kifayətdir.

“Açıq xətt” tarif paketinin digər üstünlüyü isə tariflərin olduqca sadə olmasıdır. Ölkədaxili bütün istiqamətlərə (həm şəbəkədaxili həm də ki şəbəkə xaricindəki zənglər) eyni qaydada qiymətləndirilir (1 saniyə - 1 kontur), bu isə fakturasız xətt abonentinin balansına nəzarət etməsini asanlaşdırır.

“Açıq xətt” tarif paketinə indiki “SimSim” tarif paketi abonentləri avtomatik olaraq keçirilir. “Bizdən Bizə” və “GəncSim” tarif paketlərinin abonentləri isə 7575-ə istək göndərə bilər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr