Daha iki abonent “Azercell”dən “Toyota” uddu!Bakı, 24 oktyabr 2008 “Azercell Telekom” MMC-nin keçirdiyi “Yubiley hədiyyələri” kampaniyası yayda başa çatsa da, abonentlər hələ də həmin kampaniya çərçivəsində hədiyyələr qazanmaqda davam edirlər. Bu günlərdə daha iki “Azercell” abonenti “Toyota Corolla” avtomobilini udub.
Feyzulla Zeynalov uduşlu kartı Bakıda yaşadığı evin yaxınlığındakı köşkdən əldə edib. Və konturu yüklədikdən sonra hədiyyə hissəsinin üstündəki boyanı pozub “Avtomobil” sözünü görəndə maşın udduğuna inanmayıb. Ona görə də kartı bir neçə gün evdə saxlayıb. Lakin sonra tanışlarının təklifi ilə “Azercell” ofisinə müraciət edərkən həqiqətən də “Toyota Corolla” sahibi olduğunu bilib. 2 manatlıq danışıq kartı əldə edib belə bahalı hədiyyə qazanan Feyzulla Zeynalov bu cür imkana görə “Azercell Telekom”a minnətdarlığını bildirir və hər kəsi bu kampaniyalara qatılmağa çağırır.
Növbəti qalib İslam Əliyev ona avtomobil bəxş edən 20 AZN-lik danışıq kartını Lənkəranda əldə edib. Dostları onun avtomobil qazandığını öyrənəndə inanmayıblar, “bir sözə görə maşın verən olmaz” deyib onu da həvəsdən salıblar. Lakin bir neçə gün sonra “Azercell” abonentinin doğrudan da bahalı hədiyyə udduğu məlum olub. Sevincinin həddi-hüdudu olmayan İslam Əliyev öz sevimli mobil operatoruna təşəkkürünü bildirir və gələcəkdə belə kampaniyaların sayının artırılmasını arzulayır.
Xatırladaq ki, “Yubiley hədiyyələri” kampaniyası bu ilin 1 iyun-31 avqust tarixlərində elan edilmişdi. Kampaniya çərçivəsində 10 maşın və 10 milyon pulsuz dəqiqə oynanılıb. İstənilən ödəmə və danışıq kartlarını alan abonentlər “Yubiley hədiyyələri”nin – “Toyota Corolla” avtomobilinin və balansa pulsuz danışıq vaxtının sahibi ola bildilər. “Azercell Telekom”un bu yay keçirdiyi hədiyyə kampaniyası SimSim-in 10 illiyinə həsr olunmuşdu. Hələlik kampaniyada uduşa çıxarılan maşınlardan ikisinin sahibi bəlli olmayıb.
Qeyd edək ki, “Azercell Telekom” MMC indiyə qədər dəfələrlə öz abonentlərinə qiymətli hədiyyələr və pulsuz danışıq vaxtı bəxş edən kampaniyalara imza atıb. Bu sıradan “Milyonların kampaniyası”, “10 il kampaniyası”, “1001 hədiyyə” və digər kampaniyaları xatırlatmaq olar. Bu kampaniyalar çərçivəsində 10 nəfər “Azercell Telekom” abonenti 2 otaqlı mənzil, 1 nəfər BMW avtomobili, minlərlə insan kompüter, video kamera, musiqi pleyeri, mobil telefon və s. bu kimi qiymətli hədiyyələr, nəhayət milyonlarla pulsuz danışıq vaxtı qazanıblar. Daim irəlidə gedən “Azercell Telekom” gələcəkdə də öz abonentlərinə maraqlı kampaniyalar bəxş edəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |