Bakı, 09 iyun 2009

İspaniya milli yığmasının direktoru “Azercell”-in baş ofisində olub

“Azercell Telekom” MMC ilə AFFA arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində şirkət daha bir layihəni həyata keçirəcək. Belə ki, iyunun 9-da saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu, müqaviləyə uyğun olaraq, "Azercell"in sponsorluğu ilə Az.TV-də canlı yayımlanacaq.

İyunun 9-da İspaniya milli yığmasının İdman və Texniki direktoru Fernando Yero “Azercell” baş ofisinə gələrək şirkət prezidenti Ali Ağanla görüşərək Azərbaycanda futbolun inkişafı perspektivlərini və özəl sektorun idmana dəstəyinin vacibliyini müzakirə etdilər. Fernando Yero eyni zamanda “Azercell” futbol komandası ilə də tanış oldu.

Qeyd edək ki, iyunun 2-də Kayseridə Türkiyə- Azərbaycan, eyni zamanda iyunun 6-da Bakıda keçirilən Azərbaycan- Uels oyunlarının yayım sponsoru “Azercell” idi. Sözügedən oyunlar müvafiq olaraq ANS və AzTV kanallarında canlı yayımlanmışdı.

Xatırladaq ki, “Azercell Telekom” MMC ilə AFFA arasında imzalanan müqavilənin şərtlərinə əsasən, şirkət Azərbaycanda futbolun inkişafına dəstək verən hər bir layihənin altına imza atacaq. Əsasən də uşaq futbolunun inkişafına yönələn layihələrin reallaşmasına yardım göstərəcək. Şirkət Azərbaycanda uşaq futbolunun inkişafına dair layihələrə də imzasını qoyacaq.

Bundan əlavə “Azercell” AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol oyunlarının televiziya ilə yayımına maddi dəstək verəcək.

Sazişə görə, bu mobil operatorun abonentləri istənilən futbol oyunu haqqında SMS vasitəsilə əvvəlcədən elanlar alacaqlar. Bu da futbol həvəskarlarının ölkədə keçirilən oyunlar barədə hər kəsdən əvvəl xəbər tutmasına, daim futbol aləmindəki yeniliklərdən xəbərdar olmağa imkan verəcək. “Azercell Telekom” Azərbaycanda futbolçuların reklamına da xüsusi diqqət ayıracaq. Hətta scratch kartlar üzərində Azərbaycan futbolçularının rəsmlərinin çap olunması da nəzərdə tutulub. Bir sözlə, “Azercell” Azərbaycan futbolu ilə bağlı ictimaiyyətə lazım olan məlumatlarını ötürülməsində önəmli vəzifəni yerinə yetirəcək.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: