Bakı, 14 sentyabr 2009

“Azercell” “Müştərinin səsi”ni dinləyir

Şirkət yeni təkmilləşdirmə proqramı həyata keçirir

14 sentyabr, 2009, Bakı: “Azercell Telekom” MMC çoxsaylı müştərilərinə yönəlmiş yeni təkmilləşdirmə proqramı həyata keçirir. “Müştərinin səsi” adlanan proqram çərçivəsində şirkət rəhbərliyinin iştirakı ilə xeyli maraqlı görüşlər, həmçinin “Azercell” nümayəndələrinin müştərilərlə təmas nöqtələrinə səfərləri nəzərdə tutulub.

Proqramın əsas məqsədi “Azercell”in xidmət və məhsullarının məhz müştərilərin ehtiyaclarına cavab verəcək şəkildə hazırlanması, təqdim edilən məhsulların keyfiyyətinin daha da artırılmasına nail olmaqdır. Sözün əsl mənasında müştərilərin səsini dinləməkdə israrlı olan “Azercell” bu məqsədlə iki hissədən ibarət konsepsiyanı reallaşdırır. “Müştərinin səsi” proqramı çərçivəsində “Azercell”in rəhbər kadrları və sıravi işçilərindən ibarət nümayəndə qrupları müştərilərlə birbaşa təmas nöqtələrinə - Telefon Mərkəzləri, Ön Masa və satış nöqtələrinə gedirlər. Şirkət nümayəndələri burada müştərilərin iradları, istəkləri ilə yerində tanış olur, onların suallarını cavablandırır, hər hansı problemlərinin həllinə yardım göstərməyə çalışırlar.

“Müştərinin səsi” proqramı çərçivəsində həmçinin korporativ müştərilərlə görüşlər də keçirilir. Görüşlərdə hər iki tərəfi maraqlandıran mövzular müzakirə edilir, bir sıra məsələlərin həlli yolları ilə bağlı təkliflər səsləndirilir.

“Azercell” əmindir ki, “Müştərinin səsi” adlı yeni proqramın tətbiqi sayəsində şirkət öz müştərilərinin daha çox razı qalmasına imkan yaradan fəaliyyət quracaq.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: