Bakı, 29 oktyabr 2009 Heç bir internat məktəbi, usaq evi, ən müasir, bütün tələblərə cavab verən belə heç vaxt ailə mühitini, ailə tərbiyəsini əvəz edə bilməz!"
| Azərbaycanın Birinci Xanımı,
Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO-nun Xoşməramlı Səfiri
Xanım Mehriban Əliyeva |
Azərbaycanın Birinci Xanımı,
Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO-nun Xoşməramlı Səfiri
Xanım Mehriban Əliyeva
BAKI, Oktyabırın 21 – Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (UNICEF) və AZERCELL şirkəti tərəfindən birgə təşkil edilən Azərbaycanda uşaqların müdafiəsi islahatı mövzusunda iki günlük konfrans öz işinə 22 oktyabr tarixində Bakının Gülüstan sarayında başlamışdır.
Ölkədə Uşaq İlinin və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 20 illiyinin qeyd edilməsinə həsr olunan konfransda hökumət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları, uşaqların müdafiəsi sahəsində beynəlxalq və yerli ekspertlər, özəl sektor və media nümayəndələri bir yerə toplaşaraq uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində bu günə kimi əldə olunan nailiyyətləri və atılacaq növbəti addımları müzakirə etmişdirlər.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban Əliyeva tərəfindən açıq elan olunan konfransda uşaq müdafiəsi sistemində, yəni institusional rolların bölüşdürülməsi, strateji planlaşdırma, büdcə tərtibatı, monitorinq mexanizmləri sahəsində islahatların həyata keçirilməsində və uşaq müdafiəsinə vahid yanaşmanın müəyyən edilməsi işində ölkə səviyyəsində əldə olunan irəliləyişlər təhlil olunmuşdur.
Sosial iş funksiyasının, uşaqların müəssisələrə yerləşdirilməsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin, müəssisələrdə yaşayan uşaqların ailələrə verilməsi mexanizmlərinin və istiqamətləndirmə mexanizmlərinin müəyyən edilməsi, ailələrin dəstəklənməsinə yönəldilmiş xidmətlərin çeşidinin, onlardan istifadə imkanlarının və keyfiyyətinin artırılması, uşaq müəssisələrinin transformasiyası və ailəni əvəz edəcək keyfiyyətli xidmətlərin genişləndirilməsi və kimi məsələlər konfrans zamanı xüsusi vurğulanaraq müzakirə etmişdirlər.
Yüksək hökumət rəsmiləri, o cümlədən Baş Nazirin Müavini Elçin Əfəndiyev, Təhsil Naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova konfransda məruzələr edəcək. UNICEF-in Regional Ofisinin Uşaqların Müdafiəsi üzrə baş müşaviri, Böyük Britaniya, İtaliya və Moldovadan olan beynəlxalq ekspertlər islahatların regional və beynəlxalq perspektivlərinə dair təqdimatlarla çıxış edəcəklər. Azercell şirkəti də “Hər bir uşağın ailəyə ehtiyacı var” adlı ictimai məlumatlandırma kampaniyasını nümunə göstərərək uşaq hüquqları sahəsində özəl sektor tərəfdaşlığı haqqında söhbət açmışdırlar.
Konfransın ikinci günü qrup müzakirələri və konfrans bəyənnaməsinin qəbulu nəzərdə tutulmuşdur.
Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, UNICEF və vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə çalışaraq uşaqların müdafiəsinə dair məsələlərin həll edilməsini təmin edir. Bu səylərin bir hissəsi olaraq 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən De-institusionalizasiya və Alternativ Qağı haqqında Dövlət Proqramı qəbul edilmişdir. Dövlət Proqramı hal-hazırda müxtəlif dövlət müəssisələrində yaşayan uşaqların bioloji və ya himayədar ailələri ilə qovuşmasına və de-institusionalizasiya prosesinin dəstəklənməsinə, risk qrupundan olan uşaqların dövlət qayğısına verilərək ailə mühitində yaşamaq hüququndan məhrum edilməsinin qarşısını almaq üçün alternativ qayğı xidmətlərinin yaradılmasına hədəflənir.
Sosial reklam
Azercell Telekom MMC Mətbuat Xidməti |