Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telecom MMC”-nin elanı

Bakı, 21 iyul 2009

“Azercell Telekom”MMC və Azerfon” MMC (Nar Mobile) arasında 28 fevral 2007-ci il tarixində imzalanmış arabağlantı( hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası bağlantı) müqaviləsindəki (“Azerfon” MMC və “Azercell Telekom MMM” BM şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı 28 fevral 2007-ci il tarixli Müqavilə) aylıq ödəmə şərtlərinin “Azerfon” MMC tərəfindən mütəmadi olaraq pozulması nəticəsində 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar Mobile) “Azercell Telekom” MMC-nə, ƏDV daxil olmaqla, 11 000 000 (on bir milyon) manata yaxın məbləğdə arabağlantı borcu yarandığına və dəfələrlə etdiyimiz rəsmi müraciətlərə baxmayaraq bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC (Nar Mobile) tərəfindən heç bir addım atılmadığına görə şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul 2009-cu il tarixdə saat 00. 00-dan etibarən kəsiləcəkdir.Bununla əlaqədar olaraq, hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə “Azerfon” MMC (Nar Mobile) məsuliyyət daşıyacaqdır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr