Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” abonenti olduğuna görə “Toyota Corolla” qazandı

Bakı, 17 avqust 2009

Şirkətin “Həftəyə Avtomobil” kampaniyası davam edir!

Abonentlərinə xoş sürprizlər yaşadan “Azercell Telekom” MMC-nin “Həftəyə Avtomobil” kampaniyası davam edir. Şirkətin təqdim etdiyi bu kampaniya nəticəsində hər həftə bir “Azercell” abonenti “Toyota Corolla” avtomobilinə sahib olur. Ötən həftə isə avtomobilə sahib olma sevincini Hüseynova Əminə Davud qızı yaşayıb.

Məlumat üçün bildirək ki, kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərməlidir. Bundan sonra onun balansına 50 MMS yüklənilir. Abonentlər bu hədiyyədən 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər. 9080 qısa nömrəsinə SMS göndərən abonentlər 50 MMS-lə yanaşı, həmçinin hər həftə oynanılan “Toyota Corolla” avtomobilini qazanmaq şansı əldə edirlər. Belə ki, hər həftənin cümə günü “Azercell Telekom” MMC-nin Baş Ofisində “Toyota Corolla” avtomobili oynanılan tiraj keçiriləcək.

Qeyd edək ki, 9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti 1000 (bir min) konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq, abonentin Gecə balansından tutulur. Əgər Gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.

Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində “50” rəqəmini 9080 qısa nömrəsinə göndərən Azercell Fakturasız xətt abonentləri iştirak edirlər. Hər tirajda bir ədəd nömrə qalib elan edilir. Tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

Beləliklə, Gecə konturlarınızdan istifadə edin, 50 MMS alın, həm də avtomobil qazanın! Daha çox SMS göndərən abonentlər daha çox qazanmaq şansı əldə edir!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr