Bakı, 09 dekabr 2009

Yeni “Sabit” güzəştlər toplusu təqdim olunur

Hansı abonent daim, stabil olaraq güzəştlər əldə etmək istəməz? Həm şəbəkədaxili, həm digər operatorlarla danışıqda, həm də beynəlxalq zənglərdə sabit güzəştlər. Bundan əlavə, güzəştli SMS və GPRS xidmətləri. Bir sözlə, güzəştlər toplusu. “Azercell Telekom” MMC öz abonentlərinə məhz belə güzəşt toplusundan yararlanmaq fürsəti verir.

“Azercell” Fakturalı xətt abonentləri üçün “Sabit” güzəştlər toplusunu təqdim edir. Bu topluya hər faktura dövründə 120 dəqiqə şəbəkədaxili, 30 dəqiqə ölkədaxili (digər mobil və sabit xətt operatorlarının şəbəkələrinə), 10 dəqiqə isə beynəlxalq (peyk istiqaməti istisna olmaqla) zənglər etmək imkanı daxildir. Topluya daxil edilən güzəştlər sırasında həmçinin 50 şəbəkədaxili SMS göndərmək və 5 MB həcmində GPRS xidmətindən istifadə etmək də olar. Yalnız rouminq xidməti çərçivəsində və qısa nömrələrə edilən zənglər topluya daxil edilmir.

“Sabit” güzəştlər toplusu üzrə stabil aylıq haqq cəmi ƏDV xaric 19 AZNdir. Bu isə məbləğin əvəzində təqdim olunan rabitə xidmətləri üzrə yetərincə sərfəli bir təklifdir. Beləliklə, bu güzəştlər toplusuna sahib olunca, davamlı olaraq öz xərclərinizə nəzarət və qənaət edə bilirsiniz.

Ola bilər ki, güzəştlər toplusuna daxil olan dəqiqələrdən, həmçinin SMS və GPRS xidmətlərindən hər hansı biri (yaxud hamısı) növbəti faktura dövründən əvvəl bitsin. Bu halda abonentə xəbərdarlıq SMS–i göndərilir və həmin faktura dövrü ərzində abonentin istifadə etdiyi əlavə mobil rabitə xidmətləri onun aid olduğu tarif paketinin tariflərinə əsasən hesablanır. Əlbəttə ki, əgər abonent təqdim olunan xidmətlərdən faktura dövründə istifadə edib qurtarmırsa, onların qalıqları növbəti faktura dövrünə keçmir.

“Sabit” güzəştlər toplusuna abunə olmaq üçün fakturalı xətt abonentləri “SABİT” sözünü yazıb 650 qısa nömrəsinə SMS göndərməlidirlər. Topludan çıxmaq üçünsə “STOP” mətnli SMS-i yenə də 650 qısa nömrəsinə göndərmək kifayətdir. Hər iki halda SMS-ə görə 0,02 AZN məbləğində xidmət haqqı tutulur.

Abonent cari faktura dövründə yeni güzəştlər toplusuna qoşulmaq istəyirsə, onda istək SMS-ni növbəti faktura dövrünün başlanmasına 10 gün və daha artıq müddət qalanda göndərməlidir. Əks təqdirdə, abonent topluya yalnız növbəti faktura dövründən 1 gün sonra qoşulacaq. Topludan çıxmaqla bağlı SMS-in nə vaxt göndərilməsindən asılı olmayaraq, abonent topludan yalnız növbəti faktura dövründə çıxarılacaq. Bu da ki , abonent tərəfindən artıq ödənilmiş “Sabit” güzəştlər toplusu üzrə rabitə xidmətlərini istifadə edə bilməsi üçün şərait yaradır.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: