Bakı, 22 fevral 2010 Şirkət biznes sahəsində milli mükafata layiq görülüb
Azərbaycanın mobil rabitə sahəsinin öndəri olan «Azercell Telekom» MMC biznesdə də birinciliyini növbəti dəfə sübut etmiş oldu. AZERI BUSINESS AWARD Milli mükafatına layiq görülən şirkət «İlin biznes lideri» seçilib.
«Buta Palas»da baş tutan təntənəli mərasimdə mükafat «Azercell Telekom» MMC-nin prezidenti Ali Ağana təqdim olunub. Cənab Ağan öz çıxışında «Azercell»in 13 illik fəaliyyətinə nəzərə salaraq bu dövr ərzində şirkətin xeyli sayda mükafatlara layiq görüldüyünü deyib: «Şirkətimizin əməkdaşları daim öz işlərində peşəkarlıq nümayiş etdirirlər. Həmçinin «Azercell» ailəsinə yeni qatılan işçilərin də bu ənənəyə sadiq qalmasına çalışırıq. Əminəm ki, qarşıda «Azercell» yeni-yeni uğurlara imza atacaq».
Şirkət prezidentinin sözlərinə görə, “Azercell” hər zaman abonentlərinin rahatlığını düşünərək, onları maraqlı kampaniyalar, ölkəmiz üçün yenilik olan layihələr ilə sevindirir. “Azercell ailəsi olaraq nailiyyətlərimizi davam etdirərək, daha da səylə çalışacağıq. Əminəm ki, yeniliklərimiz artdıqca mükafatlarımızın sayı da çoxalacaq”-deyə Ali Ağan vurğulayıb.
Mükafatın təqdimat mərasimindən əvvəl laureatların nailiyyətlərini əks etdirən sərgi təşkil olunub. Burada mükafatın qalibləri, onların layihələri, məhsulları və mükafata layiq görülmələrini şərtləndirən əsas uğurları ilə bağlı materiallar nümayiş etdirilib. .
Qeyd edək ki, AZERI BUSINESS AWARD Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən AZERI BUSINESS AWARD Milli Mükafatının qalibləri hər ilin yekunlarına görə müəyyənləşdirilir.
«Azercell Telekom» MMC indiyədək biznes sahəində əldə etdiyi uğurlara görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Brand Award Azerbaijan, «Uğur» kimi mükafatlar alan bu qurum bir neçə dəfə «İlin korporativ şirkəti», «İlin top meneceri», «İlin biznes uğuru», «İlin uğurlu layihəsi» kimi nominasiyaların qalibi seçilib. Azercell Telekom MMC Mətbuat Xidməti |