Bakı, 23 fevral 2010

Bu telefon “Azercell” abonentləri arasında daha çox populyarlaşır

Telekommunikasiya sahəsinin ən son texnologiyalarını Azərbaycana gətirən “Azercell Telekom” MMC ötən ilin iyununda “BlackBerry Solution” məhsulunu təqdim etmişdi. Bir neçə ay ərzində “Azercell” abonentləri tərəfindən çox böyük maraqla qarşılanan bu mobil rabitə vasitəsi “İlin brendi” adına layiq görülüb.

“Azercell” şirkətinin Azərbaycana gətirdiyi “BlackBerry” telefonu “Azeri Business Award” Milli Mükafatına layiq görülüb. “Business Time” jurnalının təsis etdiyi bu mükafat “BlackBerry” telefonunu “İlin brendi” nominasiyasında qalib elan edib.

Mükafat “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadəyə təqdim olunub. Təqdimat mərasimindəki çıxışında Ülviyyə xanım təmsil etdiyi qurumun həmişə öz abonentlərini müxtəlif yeniliklər və maraqlı təkliflərlə sevindirməyə çalışdığını deyib: “Bu, sadəcə təqdim etdiyimiz kampaniyalar deyil, həmçinin dünyada tətbiq olunan ən son texnologiyalar və ünsiyyət vasitələridir”. Ü. Həsənzadə “İlin brendi” seçilən “BlackBerry” telefonunu da bu qəbildən yeniliklər sırasına daxil edib: “Bu telefon artıq bütün dünyada çox populyarlaşıb və demək olar işgüzar adamların əsl “dostuna” çevrilib. Bu smartfon bir çox üstün cəhətlərinə görə digərlərindən fərqlənir. Məhz buna görə də “Azercell” birinci olaraq 2009-cu ilin iyununda “BlackBerry”ni bizim ictimaiyyətə təqdim etdi”.

Mərasimlə yanaşı keçirilən sərgidə “BlackBerry” telefonun üstünlüklərini əks etdirən sərgi də təşkil olunub. Burda qeyd olunub ki, “BlackBerry” məhsulu elektron poçt, telefon, təqvim, veb, multimedia və digər biznes və adi proqramlara asan şəkildə simsiz çıxışın təmin edilməsinə imkan verən smartfon, həmçinin kompüter proqramları və xidmətlərini bir araya gətirən vasitədir. BlackBerry Enterprise Server və BlackBerry İnternet Service xidmətləri sayəsində abonentlər e-poçt və korporativ proqramlardan, həm də “Azercell”in əhatə dairəsindəki korporativ e-poçt ünvan kitabçasından istifadə etmək imkanı qazanırlar.

Hazırda “BlackBerry” markalı mobil telefonların güzəştli qiymətlərlə, həm də kreditlə satışı təşkil olunur. “BlackBerry Rominq” kampaniyası çərçivəsində isə bu xidmədən istifadə edən hüquqi şəxslər rominqdən güzəştlə istifadə edə bilirlər.

Sevindirici haldır ki, Azərbaycanda bu telefondan istifadə edənlərin sayı artmaqdadır. Getdikcə daha çox “Azercell” abonenti bu telefonu əsas və rahat ünsiyyət vasitəsi kimi qiymətləndirir.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: