2006-cı ilin yekunlarına dair daha ətraflıXidmətlər
2006-cı ildə “Azercell Telekom” öz abonentlərinə ölkədə anoloqu olmayan ən müasir xidmətlər təqdim etmək prinsiplərinə sadiq qalıb.
Korporativ fakturalı xətt abonentlərinin öz hesabları ilə tanış olmaları üçün WebIzahCELL xidməti istifadəyə verildi.
2006-cı ildə tələbələr “Azercell Telekom”un “ImtahanCELL” xidmətindən istifadə etməklə imtahaların nəticələri barədə məlumat əldə edə bilmişlər.
25 yanvar 2006 Yeni “DostCELL” xidməti “Azercell” fakturalı xətt abonentlərinə və “SimSim”, “GəncSim”, “BizdənBizə” abonentlərinə təqdim olundu. “DostCELL” xidməti bütün “Azercell” abonentlərinə gündə üç dəfə bir-birindən telefon haqlarını ödəməyi xahiş etməyə imkan verir.
9 mart 2006 “Azercell” “EkizKartCELL” xidmətini istifadəyə verib. Bu xidmət vasitəsi ilə abonent bir ədəd “Azercell” post-paid nömrəsini iki ədəd ayrı mobil telefonda istifadə etmək imkanını əldə edir.
14 mart 2006 Şirkət yeni “IzahatCELL” xidmətini istifadəyə verdi. Bu xidmət “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentlərinə son 15 və 30 gün ərzində onlar tərəfindən edilmiş zənglər və göndərilmiş SMS-lər barədə informasıya əldə etmək imkanı yaradır.
8 iyun 2006 Operator “Azercell” fakturalı xətt abonentləri, eləcə də “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri üçün “PayCELL” xidmətini istifadəyə verdi. “PayCELL” xidmətindən istifadə etməklə yuxarıda qeyd olunan abonentlər öz hesablarından “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentlərinin hesabına müəyyən məbləğdə kontur yükləyə bilirlər.
1 avqust 2006 “Azercell Telekom” BM öz abonentlərini yüksək standartlara uyğun keyfiyyətli xidmətlərlə təmin etmək üçün yeni Ön Masa müştəri xidmətləri mərkəzini açdı. Bakıda “Bağırov küçəsi 2” ünvanında yerləşən Ön Masa abonentlərə yüksək keyfiyyətli xidmət göstərmək üçün ən müasir avadanlıqlarla təchiz olunub.
5 dekabr 2006 “Azercell Telekom” BM “Q-SMS” xidmətini istifadəyə verdi. Ön Masaya müraciət etmək istəyən abonentlər bu xidmətdən yararlanaraq əvvəlcədən virtual olaraq qeydə alınır, şifrə ilə təmin olunur və Ön Masanın ünvanı və iş saatı haqqında 3 dildə - azərbaycan, ingilis və rus dillərində məlumatlandırılırlar. Artıq Ön Masaya gəldikləri zaman abonentlər Q-matik aparatına həmin şifrəni daxil edərək dinlənilmək üçün gözləyirlər.
15 dekabr 2006 10 illik yubileyi günündə “Azercell Telekom” BM “Simurq” xidmətini istifadəyə verdi. Bu ölkənin mobil rabitə sahəsində inqilabi yenilik idi. İnteraktiv informasiya və əyləncə xidməti olan “Simurq” ən müasir texnologiyalara əsaslanır və Azərbaycanda bu xidmətin analoqu yoxdur. Bu abonentləri mobil telekommunikasiyanın yeni nəsil texnologiyalarına daha da yaxınlaşdıracaq bir xidmətdir.
Sosial Fəaliyyət və Sponsorluq
Dünyanın aparıcı şirkətlərinə nüfuz və rəğbət gətirən məsələlərdən biri də sosial məsuliyyətə verilən dəyərdir. “Azercell” 2006-cı ildə bir daha korporativ sosial məsuliyyət (KSM) layihələrinə yüksək maraq nümayiş etdirdi. Şirkətin KSM yanaşması “Azərbaycan və Azərbaycan xalqı hər şeyin ən yaxşısına layiqdir” prinsipinə əsaslanır və “Azercell” bu məqsədlər üçün 2006-cı ildə təqribən 1,9 milyon AZN, 10 il ərzində isə təqribən 4,6 milyon AZN həcmində vəsait sərf edib.
“Azercell Telekom” BM ölkənin ictimai həyatında aktiv iştirak edir. Əhalinin sosial qayğıya və dəstəyə ehtiyacı olan aztəminatlı təbəqəsini diqqət mərkəzində saxlamaq şirkət üçün ənənə halını alıb. Bu ənənənin davamı olaraq, Novruz bayramı ərəfəsində “Azercell” Bərdə, Ağcabədi və Ağdam rayonlarındakı “Türk Qızıl Ay”, “Ərəb 1” və “Ərəb 2” düşərgələrində məskunlaşmış 4000 nəfərə yaxın qaçqın və məcburi köçkünü ərzaq məhsulları ilə təmin etdi.
Keçən ildə daha bir sosial sərmayə proqramı Neftçala rayonunda həyata keçirildi. “Azercell”in nümayəndələri Mehman Səfərov adına Neftçala şəhər internat məktəbinə baş çəkdilər və uşaqlara 100 yataq dəsti və 2 kompüter hədiyyə etdilər. Fəaliyyət göstərdiyi 10 il ərzində “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai mükafatına layiq görülən “Azercell Telekom” BM ötən il də öz ənənələrinə sadiq qaldı.
Bilik günü ərəfəsində “Azercell” nümayəndələri internat məktəblərinə və uşaq evlərinə baş çəkdi və onları zəruri məktəb ləvazimatları ilə təmin etdi.
Beynəlxalq Əlillər günü ilə əlaqədar olaraq “Azercell Telekom” BM əlil insanların sosial şəraitinin yaxşılaşdırılması, onların maarifləndirilməsinə yardım və hərəkətlərinin asanlaşdırılması məqsədilə iki mühüm layihəni həyata keçirdi. Şirkət Azərbaycan Gözdən Əlillər Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Altı Nöqtə” mətbəəsinə zəruri çap avadanlıqları hədiyyə etdi. Həmçinin Azərbaycan sahibkarları arasında sosial məsuliyyət mədəniyyətinin yayılmasında mühüm rol oynayan şirkət kimi “Azercell Telekom” əlillər üçün 400 müasir tipli əlil arabası aldı.
Fəaliyyətə başladığı dövrdən “Azercell Telekom” BM hər zaman elm, mədəniyyət sahələrinə xüsusi diqqət yetirir və gənc mütəxəssislərə yardım göstərərək elmin maddi-texniki təchizatının inkişafında və mədəni irsimizin qorunmasında iştirak edir. Şirkət bu ənənəni 2006-cı ildə də davam etdi. Mart ayında “Azercell Telekom”un bir qrup nümayəndəsi Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllim heyətilə görüşdü və onlara kompüter dəstləri təqdim etdi.
“Azercell” həmçinin xalq artisti Elbəy Rzaquliyevin əsərlərinin sərgisini təşkil etdi və rəssamın 80 illik yubileyi münasibətilə onun əsərlərindən ibarət toplu nəşr etdirdi.
May ayında “Azercell Telekom” öz korporativ abonentləri arasında “Azercell kuboku” uğrunda növbəti futbol yarışına start verdi. Belə mini-futbol yarışı “Azercell” tərəfindən artıq ikinci dəfə idi ki, təşkil olunurdu. Operatorun bu layihəni həyata keçirməkdə məqsədi Azərbaycanda futbolun inkişafına yardım etmək, şirkətlər arasında dostluq münasibətlərini gücləndirmək, korporativ abonentlərə asudə vaxtlarını rahat keçirməkdə kömək etmək və insan sağlamlığının qayğısına qalmaqdır.
“Azercell Telekom” Azərbaycan mədəniy-yətinin inkişafı və qorunması üçün mühüm addımlar atdı. Şirkət dahi bəstəkar Qara Qarayevin şəxsi pianosunun Azərbaycan mədəniyyətinə qaytarılmasına nail oldu və pianonu Milli Konservatoriyaya təqdim etdi.
“Azercell Telekom” BM artıq ikinci dəfə Bakı Caz Festivalına sponsorluq etdi. 2006-cı ildə Bakı Caz Festivalı 6 məkanda – Bakı Caz Mərkəzində, Heydər Əliyev adına Respublika Sarayında, Şövkət Məmmədova adına Opera
Studiyasında, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, 1033 klubunda və Fəvvarələr Meydanında keçirildi.
27 iyun, 2006 ABŞ-ın səkkiz dəfə Grammy mükafatına layiq görülmüş məşhur Herbie Hancock Quintet caz qrupunun konserti “Azercell Telekom”un baş sponsorluğu ilə Heydər Əliyev adına sarayda keçirildi.
28 iyun, 2006 Məşhur türk müğənnisi Mustafa Sandalın və bir çox yerli müğənnilərin Milli Parkda keçirilən konserti “Azercell”in 2006-cı ildə reallaşdırdığı layihələrdən biri idi. Minlərlə insan “GəncSim”in bir illik yubileyinə həsr olunmuş bu konsertə tamaşa etməyə gəlmişdi.
20 sentyabr, 2006 “Azercell Telekom” BM-nin baş müdiri cənab A. Halim Ateş “Rabitə” voleybol komandasının üzvlərilə görüşdü. “Azercell” bu komandaya 2004-cü ildən bəri sponsorluq edir.
13 dekabr, 2006 Hər zaman Azərbaycan mədəniyyətinin inkişafına töhvələr verən və yüksək intellektual layihələrə dəstək olan “Azercell Telekom” BM III START Beynəlxalq Tələbə Filmləri Festivalının baş sponsoru oldu.
Kampaniyalar
1 Mart 2006 “Azercell Telekom” BM “MultiMesajCELL” xidmətindən istifadə haqqına da endirim etdi və 6 ay ərzində 1 MMS-in qiyməti 1 SMS-in qiymətinə bərabər oldu. Kampaniya başa çatdıqdan sonra isə MMS xidmətindən istifadə haqqı kampaniyadan əvvəlki tarifə nisbətən iki dəfə endirildi.
18 mart 2006 Novruz bayramı ilə əlaqədar olaraq “Azercell Telekom” yeni “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri üçün endirim kampaniyasına başladı. Ay ərzində abonentlər şəbəkədaxili və “Dost-Tanış” nömrələrinə edilən zənglərə hər 3 saniyə üçün 1 kontur ödədilər.
28 may 2006 Respublika günü ilə əlaqədar olaraq şirkət öz korporativ fakturalı xətt abonentlərinə 25 dəqiqəlik pulsuz danışıq vaxtı, “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentlərinə isə 1500 kontur hədiyyə etdi.
15 sentyabr 2006 “IzahatCELL” xidmə-tindən istifadə haqqı 90 gün müddətinə 50%-dək endirildi.
29 sentyabr 2006 “BonusPay” kampaniyasına start verildi. Bu kampaniyaya qoşulmaqla “SimSim” abonentləri əlavə 200 kontur qazanmış oldular.
15 oktyabr, 2006 SMS Günləri başlandı. Kampaniya ilin sonunadək davam etdi. Bütün “Azercell” abonentləri müəyyən
olunmuş günlərdə endirilmiş qiymətə SMS göndərmək imkanı qazandılar. 2006-cı ildə universitetlərə daxil olmuş “SimSim” abonentləri “Tələbə Tarif Paketi”ndən yararlana bildilər.
Kampaniya müddətində yeni abonentlər şəbəkədaxili və “Dost-Tanış” nömrələrinə edilmiş zənglər üçün hər 3 saniyəyə 1 kontur ödədilər. Bundan başqa, bu qrupa daxil olan abonentlərə 200 pulsuz SMS göndərmək imkanı yaradıldı.
Lotereya kampaniyası
“Azercell Telekom” BM öz 10 illik yubileyi münasibətilə Azərbaycanda anoloqu olmayan lotereya kampaniyasına start verdi! “10 il Kampaniyası” adlanan bu möhtəşəm layihə 10 nəfər “Azercell” abonentinə sadəcə öz balanslarını artırmaqla Bakıda mənzilə sahib olmaq imkanı yaratdı. Eyni zamanda, “10 il Kampaniyası” 450 000 abonentə milyonlarla kontur və danışıq vaxtı qazandırdı.
BakuTel-2006: Əvvəllər olduğu kimi, “Azercell Telekom” BM-in “BakuTel-2006” sərgisində iştirakı möhtəşəm oldu. Şirkət beynəlxalq informasiya cəmiyyətinə öz yeniliklərini təqdim etdi:
1. Yaxın gələcəkdə tətbiq ediləcək 3G texnologiyası “Azercell Telekom” BM
abonentlərinə mobil rabitə sahəsində yeni imkanlar yaradacaq.
2. “Azercell”in yenilənmiş İnternet səhifəsi www.azercell.com Şərq və Qərbin rəng çalarlarlarını birləşdirən müasir dizaynda hazırlanıb.
Nailiyyətlər:
2006-cı ildə “Azercell Telekom” BM informasiya texnologiyaları sahəsində son uğurları ilə öz abonentlərini sevindirdi. Şirkət mobil rabitə bazarında qabaqcıl layihələrin müəllifidir və bütün bunlar nüfuzlu xarici və yerli təşkilatlar tərəfindən hər zaman qeyd olunur. Uğurlar ili adlandırıla biləcək 2006-cı il ərzində operator bir çox mükafatlara və adlara layiq görüldü.
“Azercell Telekom” BM “Investors In People” (IIP) beynəlxalq sertifikatı qazandı. “Azercell” MDB-də ilk dəfə bu sertifikatın 12 tələbinin hər birinə uyğun gələn ilk IIP şirkəti olaraq tanındı.
Ötən il “Azercell Telekom” ölkə ictimaiyyətinə “Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi” adlı sənəd təqdim etdi. “Azercell” rabitə sektorunda belə qiymətləndirmə sənədi hazırlayan yeganə müəssisədir.
“Azercell Telekom” “Caspian Energy” beynəlxalq analitik jurnalı tərəfindən“ İlin GSM şirkəti” nominasiyası üzrə “Caspian Energy Integration Award-2006” mükafatına layiq görüldü. Şirkət həmçinin “IT magazine” jurnalının təsis etdiyi “İntellekt” mükafatı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai mükafatı ilə təltif olundu.
“Azercell” 2,3 milyondan çox abonenti üçün fərdi informasiya vasitəsi olan “Simurq” xidmətinə görə “İntellekt” mükafatına layiq görüldü.
“Azercell Telekom” BM iki nominasiya - “Korporativ sosial məsuliyyət" və "Telekommunikasiya" - üzrə “Consulting & Business” jurnalının təsis etdiyi “İlin şirkəti” Milli mükafatı ilə təltif olundu.
“Azercell”in baş müdiri A. Halim Ateş “İlin Top Meneceri”, “SimSim” isə “İlin Milli Brendi” nominasiyası üzrə “Uğur” mükafatına layiq görüldü.
Şəbəkə əhatəsi və abonentlər
“Azercell Telekom” BM bu gün Azərbaycanın mobil rabitə bazarının 76 %-nə nəzarət edir. Onun şəbəkəsi ölkənin 77 %-ni əhatə edir və bu da Azərbaycan əhalisinin 99 %-nin “Azercell” tərəfindən təmin olunan keyfiyyətli mobil rabitə xidmətlərindən istifadə edə bilməsi deməkdir. 2006-cı il dekabrın 31-də “Azercell Telekom” abonentlərinin sayı 2.333. 387 nəfər oldu.
Texniki avadanlıq
Kommunikasiya xidmətləri göstərmək üçün “Azercell” 2006-cı ilin sonunda 2 rezervləşdirilmiş abonent bazasına, 12 baza stansiyalarına nəzarətçi sisteminə, 15 mobil rabitə kommutasiya mərkəzinə və 1 078 radio baza stansiyasına sahib olmuşdur. 2006-cı ildə mobil operator Bakıda və Azərbaycanın regionlarında 328 yeni radio baza stansiyaları quraşdırıb. 2007-ci ildə isə “Azercell” respublika üzrə 350 yeni radio baza stansiyası quraşdırmağı planlaşdırır.
Beynəlxalq rabitə
“Azercell Telekom” BM beynəlxalq rabitənin inkişafına xüsusi diqqət yetirir. 2006-cı ilin sonunda “Azercell” abunəçiləri “RoamCell” xidmətindən istifadə etməklə artıq 135 ölkənin 310 operatorunun şəbəkəsinə daxil olan nömrələrə zəng edə bilirdilər. 2006-cı ildə şirkət 18 ölkənin 50 mobil rabitə operatoru ilə saziş imzalayaraq rouminq xidmətlərini istifadəyə verib.
Bundan başqa, “Azercell Telekom” Azərbaycanın xarici şirkətlərlə GPRS rouminq xidmətinin təmin
olunmasına dair sazişlər imzalayan ilk mobil rabitə operatorudur. Ötən ilin sonunda “Azercell Telekom” BM-in bu sahədə əməkdaşlığı artıq 32 ölkənin 66 mobil rabitə operatorunu əhatə edirdi.
İnvestisiyalar
“Azercell” 2006-cı il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 120 milyon AZN, ölkədə fəaliyyət göstərdiyi 10 il ərzində isə təqribən 460 milyon AZN həcmində investisiya yatırmışdır.
“Azercell” hələ də ölkənin qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
İnsan qaynaqlarına yatırılan sərmayələr
İnsan qaynaqları “Azercell”in əsas kapitalıdır və öz abonentlərinə daha yaxşı xidmət göstərmək baxımından şirkət üçün xüsusi önəm daşıyır. Buna görə də 2006-cı ildə “Azercell” öz işçilərinin inkişafına təxminən 500 min AZN həcmində sərmayə yatırıb. Yüksək keyfiyyətli xidməti qoruyub saxlamaq üçün şirkət hazırkı işçilərilə yanaşı “Azercell” ailəsinin gələcək üzvləri haqqında da düşünür. Bu səbəbdən də, Karyera günləri proqramı çərçivəsində “Azercell” nümayəndələri 10 universiteti ziyarət edib və şirkət həmin ali təhsil ocaqlarının 30 məzununu işə qəbul edib. “Karyera günləri” aksiyamız şirkəti insan qaynaqları ilə təmin etməklə yanaşı, Azərbaycanın yaxşı təhsil almış gənclərinə mükəmməl karyera imkanı yaradır.
Vergilər
2006-cı ildə “Azercell Telekom” BM dövlət büdcəsinə təqribən 60 milyon AZN, 10 il ərzində isə təqribən 275 milyon AZN həcmində vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2006-cı ildə “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 2 faiz təşkil edib.
Sosial fəaliyyət
2006-cı ildə “Azercell Telekom” BM ölkədə sosial layihələrin həyata keçirilməsi üçün təqribən 1,9 milyon AZN, 10 il ərzində isə təqribən 4,6 milyon AZN həcmində vəsait sərf edib.
Tariflər
Danılmaz faktdır ki, “Azercell Telekom” BM-in Azərbaycanda fəaliyyətə başladığı ilk dövrdən bəri ölkədə mobil rabitə tarifləri aşağı düşüb. “Azercell” öz abonentlərini yüksək keyfiyyətli, etibarlı və sabit kommunikasiya xidmətlərilə təmin edən ilk GSM operatorudur.
2006-cı il fevralın 14-də operator yeni “ŞirkətimCELL” tarifini tətbiq etdi. Bu tarif “Azercell”in korporativ abonentlərinə güzəştli qiymətlərlə zəng etmək imkanı verir.2006-cı il fevralın 15-də şirkət “SimSim” və “GəncSim” abonentlərinə güzəştli “BizdənBizə” tarif paketini təqdim etdi. 2006-cı il mayın 16-da “Azercell” aylıq abunə haqqı tələb etməyən maraqlı və güzəştli “Optimist” tarif paketini istifadəyə verdi.
|