Uşaq Qaynar Xətt Xidməti

Məlumdur ki, uşaqlar adətən üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, düşdükləri çətinliklərdən çıxış yolu aramaqda çətinlik çəkir və ən əsası isə onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq barəsində digər insanlarla bölüşməkdən qorxurlar. Bu və ya digər ağır vəziyyətə düşmüş uşaqların durumu getdikcə daha da ağırlaşır, üzləşdikləri problemlərdən çıxış yolu tapa bilmədiklərinə görə həmin problemlər daha da dərinləşir və nəticədə xeyli sayda neqativ hadisələr, suiqəsdə cəhdlər və s. baş verir.

2009-cu ildə QHT Alyansı və onun üzvü olan Ümidli Gələcək Gənclər Təşkilatı Azercell Telekom şirkətinin dəstəyi ilə uşaq qaynar xətt xidmətinin yaradılması prosesinə start verdi. Qaynar xəttin əməkdaşları üçün təlim kursları təşkil edildi, xidmətin effektiv fəaliyyəti üçün beynəlxalq təcrübə öyrənildi, qaynar xəttin xüsusi internet saytı hazırlandı, avadanlıq əldə edildi və pilot olaraq qaynar xəttin test rejimində fəaliyyəti təmin edildi. Təhsil Nazirliyi tərəfindən koordinasiya edilən “Deinstitusionalizasiya və alternativ qayğı dövlət proqramının” icrasına verə biləcəyi mühüm töhfəni, habelə ümumiyyətlə, orta ümumtəhsil məktəblərində təhsil alan uşaqlara göstərəcəyi köməyin potensialını nəzərə alaraq, Uşaq Qaynar Xətt Xidmətinin yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən xüsusi yer də ayrılmış və lazımi texniki dəstək də göstərilmişdir. Həmçinin, qaynar xətt xidmətinin əhəmiyyətini və uşaqların müdafiəsi işinin gücləndirilməsi prosesində oynayacağı potensial rolu nəzərə alaraq, Uşaqların Xilası və Dünyaya Baxış təşkilatları da qaynar xəttin təsis edilməsi və davamlı fəaliyyətinin təmin edilməsi üçün əvəzsiz dəstək göstərmişlər.

Xüsusilə qeyd etmək lazımdır ki, bu təşəbbüsə əsas dəstək Azercell Telekom şirkəti tərəfindən göstərilmişdir.

Hazırlıq işləri başa çatdığı üçün, fevral 2010-cu il tarixindən etibarən Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Təhsil Nazirliyi, Azercell Telekom şirkəti, UNİCEF, Uşaqların Xilası və Dünyaya Baxış təşkilatlarının dəstəyi nəticəsində Bakı şəhərində təsis edilmiş Uşaq Qaynar Xətt xidmətinin fəaliyyətinin başlanmasını rəsmi olaraq ictimaiyyətə elan edir.

Bu münasibətlə, Uşaq Qaynar Xətt xidmətinin 18 fevral 2010-cu il tarixi saat 11:00-da keçiriləcək rəsmi açılış mərasimində Təhsil Naziri professor Misir Mərdanov, Azercell Telekom şirkətinin prezidenti cənab Ali Ağan, UNİCEF-in Azərbaycandakı nümayəndəsi cənab Mark Herevord, Uşaqların Xilası təşkilatının ölkə üzrə direktoru cənab Cef Ciakomini və Dünyaya Baxış təşkilatının ölkə üzrə direktoru cənab Seyfu Tirfiye, QHT Alyansının milli əlaqələndiricisi Dr.Nabil Seyidov və digər qonaqlar iştirak edəcəkdir.

Uşaq Qaynar Xətt xidmətinin yaradılmasında əsas məqsəd uşağa ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətindən dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar, habelə böhranlı ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, təbii və texnogen fəlakətlərin qurbanı olmuş, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlar istifadə edə bilər. Eyni zamanda, qaynar xəttinə uşaq məsələləri ilə bağlı böyüklər də zəng edib dəstək və məsləhət əldə edə bilər.


Müştəri Xidmətləri

Azercell Fakturalı Xətt — 6565

SimSim — 2002

Ətraflı
null