Azərbaycan dilindəIn EnglishПо-русски

Uşaq hüquqları

2009-cu il Azərbaycanda uşaq ili kimi qeyd olundu. Müxtəlif dövlət qurumları, özəl şirkət və qeyri-hökumət təşkilatları bir daha uşaqların problemlərini önə çəkib onların həlli uğrunda birlikdə fəaliyyət göstərdilər. Ötən il həm də Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycanda uşaq hüquqlarının vəziyyətinə dair alternativ hesabatı BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etdi. Bu sənəd ölkəmizdə hələ də bu sahədə görüləcək işlərin çox olduğunu göstərdi.

Lakin Uşaq Hüquqları üzrə QHT Alyansı hesab edir ki, Azərbaycanda uşaqların hüquqlarının bərpası uğrunda kifayət qədər iş görülür. İstər dövlət, istər özəl sektorda, istərsə qeyri-hökumət təşkilatları, həmçinin həmin qurumlarda fəaliyyət göstərən şəxslər arasında uşaqlarla, onların problemlərinin araşdırılması və aradan qaldırılması ilə məşğul olan çoxunun adını çəkmək olar. Uşaq Hüquqları üzrə QHT Alyansı məhz bu missiyanı üzərinə götürüb.

2007-ci ildən başlayaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə hər il uşaq hüquqları sahəsində əməli iş görən, amma fəaliyyəti geniş ictimaiyyətə bəlli olmayan şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Alyans hesab edir ki, bəzən belə xeyirxah əməllərlə məşğul olan qurum və insanların fəaliyyəti lazımınca qiymətləndirilmir, bu səbəbdən də həmin şəxslər ya bu istiqamətdə işləri zəiflədir, ya da onlardan birdəfəlik əl çəkirlər. Odur ki, hər il 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Alyans tərəfindən təsis edilən “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatı təqdim olunur. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir.

3 ildir təqdim olunan mükafatın qaibləri sırasında hər dəfə ilk yerdə “Azercell Telekom” MMC-nin adı çəkilir. 2006-cı və 2007-ci illərdə “Azercell”in adı ilin xeyriyyəçi özəl şirkəti kimi qeyd olunub.

Ötən il isə “Azercell Telekom”un uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində “İlin Korporativ Sosial Məsuliyyətli şirkəti” adını alıb. Bu mükafata “Azercell Telekom” il ərzində həyata keçirdiyi bir sair Sosial Məsuliyyət layihələri ilə yanaşı, həmçinin Azərbaycan Höküməti, Heydər Əliyev Fondu və UNİCEF-lə birgə təşkil etdiyi “Hər Uşağın Ailəyə Ehtiyacı Var” kampaniyasına və xüsusi qayğıya ehtiyacı olan uşaqların dental müalicəsi üçün yaradılan Mobil Diş Klinikası layihəsinə görə layiq görülüb.

Qeyd edək ki, “Azercell Telekom” MMC yarandığı gündən uşaq hüquqlarının müdafiəsi sahəsini daimi diqqətində saxlayır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr