2005-ci ildə biz, Uşaqların Ümumdünya Müdafiəsi Günü münasibətilə Milli Parkda məktəblilər arasında “ÇƏK!” Asfalt Üzərində Rəsm Müsabiqəsi keçirdik. Yarışa Bakının müxtəlif məktəblərindən 250-yə qədər şagird qatılmışdı.

İştirakçılar görünməmiş istedad nümayiş etdirdilər: “Biz azərbaycanlıyıq!” mövzusunda rəngli tabaşirlərlə yaradılan təsvirlər - milli bayrağımız, dəniz, səma, günəş, Qız qalası, əl-ələ vermiş uşaq rəsmləri - bir andaca Milli Parkın asfaltını bəzədi. Tanınmış rəssamlardan ibarət münsiflər heyəti, qalibləri müsabiqənin şərtlərinə uyğun olaraq üç yaş qrupunda (7-9, 10-12, 13-15) qiymətləndirirdi. Birinci yeri tutanlara fərdi kompüter, ikinci yerə layiq görülənlərə mobil telefon, üçüncü yerin sahiblərinə isə molbert və peşəkar rəsm dəsti hədiyyə olunmuşdu. Bununla yanaşı, hər bir iştirakçıya sertifikat verildi.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: