Azərbaycan dilindəIn EnglishПо-русски

“Hər uşağın ailəyə ehtiyacı var!”

"Heç bir internat məktəbi, usaq evi, ən müasir, bütün tələblərə cavab verən belə heç vaxt ailə mühitini, ailə tərbiyəsini əvəz edə bilməz!"

Azərbaycanın Birinci Xanımı,
Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKO-nun Xoşməramlı Səfiri
Xanım Mehriban Əliyeva

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Azercell Telekom MMC və BMT-nin Uşaq Fondu (UNICEF) bir araya gələrək, uşaqların ailə mühitində böyüməsinə yardım etmək məqsədilə “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” kampaniyasına başlamışdır.

Televiziya kanallarında efirə veriləcək ictimai elan çarxları, küçə elanları, plakatlar, eləcə də digər ictimai məlumat materialları vasitəsilə aparılan “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” kampaniyasının məqsədi uşaqların ailə mühitində böyümək hüququ, onların bioloji və ya himayədar ailələrlə qovuşması, övladlığa götürmə hallarının və himayədar ailələrin sayının artırılması, eləcə də yerli səviyyədə uşaq üçün vahid sosial xidmətlərinin yaradılmasında hökumətin səylərinə dəstək verilməsi kimi məlumatların təşviq edilməsindən ibarətdir.

Bu gün, Azərbaycanda təqribən 17.000 uşaq dövlət müəssisələrində yaşayır çünki onların bioloji valideynləri onlara qayğı göstərə bilmirlər. Azərbaycanda müəssisələrdə yaşayan uşaqların əksəriyyəti bütövlükdə körpəlik, uşaqlıq və yeniyetməlik dövrünü uşaq müəssisələrində keçirərək, ailələri ilə bütün rabitəni itirirlər. Müəssisələrin “məzunu” olan uşaqların işsiz qalmaq, yoxsul olmaq, qanunla ziddiyyətdə olmaq, insan alveri və cinsi istismar kimi hallara məruz qalmaq ehtimalı daha böyükdür.

Nə qədər yaxşı məqsədlər güdsə də, uşaqların uşaq müəssisələrinə yerləşdirilməsi əqli, fiziki, emosional və sosial inkişafa mane olur. Uşaq nə qədər kiçikdirsə və uşaq müəssisəsində nə qədər çox qalırsa, dəyən ziyan bir o qədər də çox olur.

Azərbaycan Respublikasının Hökuməti, Heydər Əliyev Fondu, UNICEF və vətəndaş cəmiyyəti bu məsələ ilə beş il əvvəl məşğul olmağa başladı və nəticədə 2006-cı ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən Deinstitutlaşdırma və Alternativ Qayğı üzrə Dövlət Proqramı qəbul edildi. Bu dövlət sənədinin məqsədi hazırda müxtəlif dövlət uşaq müəssisələrində yaşayan uşaqların bioloji və ya himayədar ailələrə qovuşması, deinstitutlaşdırma prosesini dəstəkləmək üçün alternativ qayğı sistemlərinin yaradılması, habelə uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi ilə onların ailə hüququndan lüzumsuz şəkildə məhrum edilməsinin qarşısının alınmasından ibarətdir.

Həmin alternativ həll yolları uşaqların gündəlik qayğı mərkəzlərinə qoyulmasından və himayədar ailələrdə böyüməsindən ibarətdir. Orada kiçik sayda uşaqlar mümkün qədər normal ailə mühitinə yaxın olan şəraitdə himayədar valideynlərin əhatəsində yaşayır.

Öz fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalan Azərbaycanın aparıcı mobil rabitə operatoru“Azercell Telekom” MMC ictimai məlumatlandırma kampaniyasının hazırlanmasına öz töhfəsini verərək, habelə onun bir hissəsi olan uşaqların rifahına sərmayə qoyaraq “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” layihəsinin tam hüquqlu tərəfdaşına çevrilmək qərarına gəlmişdir.

Layihənin bir hissəsi olaraq, 500-dən artıq yerli hökumət rəsmiləri, uşaq müəssisələrinin rəhbərləri, QHT işçiləri və icma liderləri sosial işin aparılması üçün beynəlxalq məsləhətçilər tərəfindən təlim keçmişlər.

2008-ci ildən etibarən UNICEF-in nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azercell Telekom MMC-nin dəstəyi ilə həssas uşaqlar və onların ailələri üçün vahid sosial xidmətlərin qurulması məqsədilə dörd sınaq rayonda işləyirlər (Bakının Nizami rayonu, Quba, İsmayıllı və Masallı şəhərlərində).

Kampaniyanın rəsmi açılış günü kimi BMT-nin Uşaq Hüquqları Konvensiyasının 19-cu ildönümü – 2008-ci il noyabrın 20-si seçilmişdir. Açılış mərasimi Bakının Park İnn Mehmanxanasının “Dan Ulduzu” zalında təşkil olunacaqdır.

Kampaniya materiallarının təqdim edilməsi və məşhur Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın aparıcılığı ilə müşayiət olunan tədbirdə bir sıra yüksək rütbəli rəsmilər, media və işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər.

Hər uşağın ailəyə ehtiyacı var!












Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr