Azərbaycan dilindəIn EnglishПо-русски

Uşaqlar öz sözlərini “DE”di !

Uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən şirkətimiz azyaşlılar arasında “DE! - Dildən-dilə, Eldən-elə” şeir və hekayə müsabiqəsi də təşkil edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan müsabiqə 14 noyabr 2004-cü il tarixindən start götürmüşdü.

“De" layihəsinin əsas məqsədi bütün bölgələrdən olan istedadlı uşaqları üzə çıxarmaq idi. Bu səbəbdən ölkəmizin hansı bölgəsində, ailədə, ya da internatda yaşamasından asılı olmayaraq, bütün uşaqlara müsabiqədə iştirak etmək üçün lazımi şərait yaradıldı. Belə ki, “Azercell Telekom” BM respublikamızın 19 müxtəlif bölgəsinin 64 uşaq evi və internat-məktəbində, eləcə də “Azercell Ekspres” ofislərində xüsusi qutular yerləşdirdi. Göndərilən bütün şeir və hekayələr bu qutulardan yığılaraq münsiflər heyətinə təqdim olundu.

Müsabiqənin qalibləri dəyərli hədiyyələrlə mükafatlandırıldılar. Lakin qalib gəlməyənlər də diqqətsiz qalmadı, çünki son nəticədə bütün müsabiqə iştirakçılarının şeir və hekayələri “DE!” kitabında toplanaraq, nəfis tərtibatda çap olundu. Qeyd edək ki, bu kitab şirkətimiz tərəfindən uşaq evlərinə, eləcə də məktəblərə təmənnasız paylandı.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr