Azərbaycan dilindəIn EnglishПо-русски

“Gələcəyə Sərmayə” adlı konfrans

Sadəcə etdiyimiz işə deyil, yaşadığımız cəmiyyətə də cavabdehik!

“Azercell Telekom” MMC-nin təşəbbüsü ilə Azərbaycanda Korporativ Sosial Məsuliyyətin inkişaf etdirilməsinə həsr olunmuş ilk “Gələcəyə Sərmayə” adlı konfrans keçirildi. “Park Inn” otelində baş tutmuş bu tədbir “Azercell Telekom” MMC-nin, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının və UNİCEF-in təşkilatçılığı ilə reallaşmışdır. İki gün davam etmiş tədbirdə Korporativ Sosial Məsuliyyətə həsr olunmuş müxtəlif mövzular müzakirəyə çıxarılmışdır. Sosial problemlərin həllində biznesin rolu, uşaq əməyinin ləğvində işə götürənlərin məsuliyyəti, korporativ sosial məsuliyyətin inkişafında medianın fəaliyyəti, bu sahədə korrupsiya ilə mübarizədə biznesin rolu və s. mövzular ətrafında yerli və xarici şirkətlərin, hökumət və qeyri hökumət təşkilatlarının, səfirliklərin nümayənələrinin, xarici mütəxəssislərin məruzələri dinlənilmişdir.



  
  








Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr