Azərbaycan dilindəIn EnglishПо-русски

Mədəniyyət və incəsənətə dəstək

“Azercell Telekom” MMC Azərbaycan mədəniyyəti və incəsənətinin dəstəklənməsinə xüsusi önəm verir.

Bakı Dövlət Universitetinin baş müəllimi, tarix elmleri namizədi - Nəsiman Yaqublunun Bakının Türk əsgərləri tərəfindən azad edilməsinin 90 illiyinə (15 Sentyabr 2008-ci il) həsr olunmuş “Bakının Qurtuluşu tarixi” adlı kitabın çapına “Azercell Telekom” MMC tərəfindən dəstək verildi. Belə bir layihənin reallaşması ilə XX əsr Azərbaycan tarixinin çox mühüm bir dövrü ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcəkdir. Zəngin və yeni arxiv materiallarının olacağı bu kitabda maraqlı fotolar, sənədlər, Bakını xilas etmiş türk zabitləri ilə bağlı faktlar da yer alacaqdır.Eyni zamanda, Bakının qurtuluşunda mühüm rol oynamış, başda Nuru Paşa olmaqla əsgərlərinin fədakarlığı kitabda geniş şəkildə tədqiq ediləcəkdir.Layihənin başlıca məqsədi Bakının qurtuluşunda Türkiyə dövlətinin Azərbaycana olan dəstəyini faktlarla açıqlamaq, türk əsgərlərinin Bakının qurtuluşundakı xilaskar rolunu açıqlamaq, Azərbaycan-Türkiyə əlaqələrinin tarixi əhəmiyyətini araşdırıb geniş ictimaiyyətə təqdim etməkdir.

Şirkətimiz 2006-cı ildə xalq rəssamı Elbəy Rzaquliyevin 80 illik yubileyinə həsr olunmuş sərgiyə maliyyə dəstəyi verib. Sərgidə müəllifin, əksəriyyəti Bakı, Abşeron və Azərbaycanın digər regionlarına həsr olunan, 70-dən çox əsəri nümayiş olundu. Şəkillər

Bundan başqa, 2005-ci ildə Azercell-in təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Sərgi Salonunda Azərbaycanın görkəmli rəssamları və əməkdar incəsənət xadimləri, Azərbaycanın ilk peşəkar qadın rəngkarı - Vəcihə Səmədovanın 80, Lətif Feyzullayevin isə 85 illik yubileylərinə həsr olunmuş sərgi keçirilib. Qeyd edək ki, ailə cütlüyünün sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş olunub. Onların tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində yer tutmasına səbəb olub. Şəkillər

“Azercell Telekom” MMC Azərbaycanda intellektual gənclərin inkişafına dəstək olaraq məşhur "Nə?Harada?Nə vaxt?" İntellektual Oyunlarına sponsorluq edir. Klubun oyunları ilin hər mövsümündə silsiləvi olaraq "Space" televiziya kanalında yayımlanır.

Şirkətimizin dəstəyi ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş “Dahiləri anarkən” adlı konsert və Filarmoniyanın foyesində gənc rəssam Aidə Mahmudovanın fərdi sərgisi təşkil olundu. Tədbirdə mahir pianoçu Murad Adıgözəlzadənin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 əsəri səsləndi. Qeyd etmək lazımdır ki, şirkətimizin dəstəyi ilə beynəlxalq müsabiqələr laureatı, Moskva Dövlət Filarmoniyasının solisti və Azərbaycan Dövlət Filarmoniyasının dosenti Murad Adıgözəlzadənin “Azərbaycan piano musiqisindən seçmələr” adlı musiqi diski də buraxılıb. Şəkillər

“Azercell” eyni zamanda, Azərbaycanın xalq artistləri, professorlar Fidan və Xuraman Qasımova bacılarının konsertlərinə, yubileylərinə və videokliplərinin ərsəyə gəlməsinə yaxından köməklik göstərib. Onların ölkəmizin yaşayan əfsanələri olduğunu düşünən şirkətimiz, gələcəkdə də dünyaşöhrətli tenorların fəaliyyətinə dəstək olmağı planlaşdırır.

Qeyd etmək lazımdır ki, mərhum xalq artistləri Mirzə Babayev və Nəsibə Zenalovanın sağlığında, onların sonuncu yaradıcılıq gecələrinin keçirilməsinə də məhz “Azercell” yardımçı olub. Belə ki, dahi sənətkarlarımıza sağlığında qiymət verilməsini özümüzə borc bilirik.

2005-ci və 2006-cı illərdə Azərbaycanda cazın inkişafına da güclü təkan vermiş olduq. Bu illərdə dünya cazsevərlərinin nəzər-diqqəti Bakıya yönəlmişdi. Məhz bu ərəfədə Azərbaycan paytaxtında şirkətimizin təşkilatçılığı və dəstəyilə “Baku Jazz Festival” yaşanırdı. Öncədən vəd olunduğu kimi, tədbirə Herbie Hancock, Al Jerou kimi dünyaşöhrətli ifaçılar dəvət olunmuşdular. Sevindirici haldır ki, festivalda yerli caz qrupları da iştirak edirdilər. Bakıdakı caz günləri indiyədək caz həvəskarlarının söhbət mövzusudur. Şəkillər

2006-cı ildə Azərbaycan mədəniyyəti tarixi üçün çox əhəmiyyətli bir addım atdıq. Belə ki, dahi bəstəkarımız Qara Qarayevə məxsus royalın satışa çıxarıldığı haqda xəbər tutan şirkətimiz aləti satın alaraq, onu əsaslı şəkildə bərpa etdirdi. Azərbaycan Milli Konservatoriyasının akt zalını da təmir etdirən “Azercell”, sonda maestro Qara Qarayevdən yadigar qalmış royalı bu təhsil ocağına hədiyyə etdi. Mədəniyyətimiz üçün ölçüyəgəlməz dəyərə malik bu alət indi layiq olduğu yerdə - mədəniyyət və incəsənət ocağında qorunub-saxlanılacaq. Şəkillər

2006-cı ilin birinci yarısında “Azercell Telekom”un həyata keçirdiyi layihələrdən biri də yerli müğənnnilərlə yanaşı Türkiyə estradasının sevilən ifaçısı Mustafa Sandalın konsertinin Dənizkənarı Milli Parkda təşkili oldu. “GəncSim” paketinin 1 illiyinə həsr olunan bu möhtəşəm konsertdə minlərlə insan iştirak etdi. Şəkillər

2005-ci il may ayının 31-i – “Son Zəng” günü isə məktəb məzunlarının yaddaşında həkk olundu. Həmin gün biz, Dənizkənarı Milli Parkda Rusiyanın və Azərbaycanın məşhur estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil etdik və “GəncSim” layihəsinə start verdik. Qeyd edək ki, şirkətimiz hər ilin bugünü məzunları müxtəlif layihələrlə sevindirməyi planlaşdırır.

1 iyul 2005-ci il tarixdən 30 sentyabr 2005-ci il tarixədək keçirilən “Milyonların kampaniyası!” çərçivəsində əməkdar artist Zülfiyyə Xanbabayevanın respublikanın 6 şəhər və bölgəsinə “Canım, məmləkətim!” adlı turnesini təşkil etdik. Həmin turne zamanı keçirilən konsertlər ümumilikdə 600 minə yaxın tamaşaçı topladı. Bu yaxınlarda isə şirkətimiz Zülfiyyə Xanbabayevanın “Sənsiz” adlı diskinin və “Azərbaycan” mahnısına çəkilən klipinin ərsəyə gəlməsinə dəstək oldu. Şəkillər

Bu mövzuya aid digər xəbərlər:

“Azercell Telekom”-dan gənc kinomatoqrafçılara dəstək!

Azercell məşhur “Что? Где? Когда?” (“Nə? Harada? Nə vaxt?”) intellektual televiziya proqramının 2006-cı il Qış Mövsümü oyunlarında bilicilərə sponsorluq edəcək!



Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr