Azercell və Ətraf MühitŞəbəkəmizin fəaliyyəti ilə bağlı hazırladığımız “Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi” adlı hesabatı ölkə ictimaiyyətinə açıqladıq. Sənədin ilk təqdimatı 2006-cı il yanvarın 27-də Neftçala şəhərində oldu. Qeyd edək ki, biz rabitə sektorunda belə bir qiymətləndirməni həyata keçirmiş yeganə müəssisəyik.
Aparılan araşdırmalar, şirkətimizin GSM şəbəkəsinə aid qurğularını texniki cəhətdən ən müasir avadanlıq kimi dəyərləndirmiş oldu. Onların ekoloji baxımdan normalara uyğun və tam təhlükəsiz olduğunu təsdiqlədi, iqtisadi yöndən isə sərfəliliyini müəyyən etdi. Bütövlükdə ölkə üzrə, o cümlədən, Neftçala rayonu ərazisində, “Azercell” avadanlıqları qurularkən, yerli şəraitin nəzərə alınması, bu avadanlıqların ətraf mühitə və sosial iqtisadi sahəyə hər hansı mənfi təsirinin qarşısının alınması ilə bağlı hesabatda əksini tapmış müddəalar, xüsusi diqqətəlayiqdir.
Beləliklə, rabitə bazarında daha bir nümunənin əsasını qoymuş olduq. Müəssisəmiz, abonentlərə daim yüksək xidmət göstərməklə yanaşı, şəbəkəsinin ətraf mühitə və sosial-iqtisadi sahəyə olan təsirinin qiymətləndirməsini aparmaqla, bu istiqamətdə də yüksək standartlara uyğun fəaliyyət göstərdiyini təsdiqlədi. Biz yalnız abonentlərimizin deyil, bütövlükdə ölkə vətəndaşlarının, həm də Azərbaycanın zəngin təbiətinin qayğısına qalırıq.
Ətraf mühitin qorunması ilə bağlı şirkətimizin gördüyü işlər sırasına Dənizkənarı Milli Parkın yenidənqurulmasına vəsaitin ayrılması, Mingəçevir, Şamaxı, Lənkəran və Quba şəhərlərində meydan və parkların abadlaşdırılması, eləcə də yenidənqurulması daxildir.
|