Hər sərgidə - bir uğurMəlum olduğu kimi, şirkətimiz 2004-cü ildən “Bakı-Tbilisi-Ceyhan” neft layihəsinin strateji tərəfdaşıdır. 11-ci Beynəlxalq “Xəzər Neft və Qaz - 2004” sərgisində Azərbaycanın mobil rabitə bazarının lideri məhz bu statusda təmsil edildi. Elə həmin il Qlobal İnformasiya Kommunikasiya Texnologiyaları Konfransının “Platinum” sponsoru olduq. Bundan əlavə, biz BAKUTEL Telekommunikasiya sərgilərində də yaxından iştirak edirik.
“BAKUTEL 2005”də şirkətimiz məlumatların sürətli ötürülməsi infrastrukturunun növbəti, ən müasir EDGE (Enhanced Data rates for Global Evolution) texnologiyasını təqdim etdi. Beləliklə, bu qabaqcıl texnologiyanın sınağını və onun kommersiya tətbiqini həyata keçirərək, EDGE-in ölkədə geniş yayılmasına start verdik.
“BAKUTEL 2006”da isə “Azercell Telekom” BM-in iştirakı daha da möhtəşəm oldu. Şirkətimiz 10 illik yubileyi ərəfəsində beynəlxalq informasiya cəmiyyətinin nümayəndələrinə dərhal 3 yenilik təqdim etdi:
1. Sərgidə nümayiş olunan birinci yenilik operatorun ən yaxın zamanlarda tətbiq edəcəyi 3G texnologiyası ilə bağlı idi. 3G mobil kommunikasiyasının 3-cü nəsli olan texnologiyanın tətbiqi, “Azercell Telekom” abonentinə misilsiz imkanlar açacaq. Məlum olduğu kimi, 3G-nin ən mühüm üstünlükləri rabitənin və mobil xidmətlərin mükəmməl keyfiyyəti, məlumatların və multimedianın yüksək sürətlə (2 Mbit/s) ötürməsinə hüdudsuz imkan yaradır. 3G texnologiyasının tətbiqi, videozəng, videomesaj, şəkil mübadiləsi, treklərin yüklənməsi, oyunlar, musiqili video, mobil TV və s. bu kimi möcüzəvi görünən əməliyyatları reallığa çevirir. Bir sözlə, yeni nəsil texnologiyası olan 3G, sözün əsl mənasında, abonentlərə yeni həyat bəxş edəcək. “Azercell Telekom” BM ən yaxın gələcəkdə 3G texnologiyasını öz abonentlərinin xidmətinə təqdim edəcək.
2. Sərgidə təqdim olunan ikinci yenilik, hazırda oxuduğunuz, “Azercell Telekom”un yeni İnternet səhifəsi idi. Ünvanı dəyişməz olaraq qalan yeniləşmiş www.azercell.com internet səhifəsi Şərq və Qərb koloritini birləşdirən müasir dizayna malikdir. Yeni səhifənin ən mühüm üstünlüyü isə onun vasitəsilə virtual müştəri xidmətinin göstərilməsidir.
3. “Azercell Telekom”dan 3-cü yenilik isə “Simurq” хidmətidir! Mobil telekommunikasiyada inqilabi dəyişikliklər edəcək “Simurq” LiveScreenТМ texnologiyası əsasında hazırlanıb. Şirkətinizin təqdim etdiyi və Azərbaycanda analoqu olmayan “Simurq” xidməti, fərdi informasiya vasitəsidir, çünki artıq lazım olan hər bir faydalı məlumat, yeniliklər, xəbərlər, musiqi, əyləncələr “Simurq”la birbaşa mobil telefonun ekranına gələcək.
Bundan başqa, “Azercell Telekom” BM 2004-cü ildən “Bakı-Tbilisi-Ceyhan” neft layihəsinin strateji tərəfdaşıdır. 11-ci Beynəlxalq “Xəzər Neft və Qaz - 2004” sərgisində Azərbaycanın mobil rabitə bazarının lideri məhz bu statusda təmsil edildi. Elə həmin il Qlobal İnformasiya Kommunikasiya Texnologiyaları Konfransının “Platinum” sponsoru olduq.
Bu mövzuya aid digər xəbərlər:
"Azercell Telekom" BM 3GSM Beynəlxalq konqresdə iştirak etdi.
Azercell “Caspian Telecoms ” beynəlxalq konfrans və sərgisində Azərbaycani təmsil edir!
|