Azərbaycan dilindəIn EnglishПо-русски

Qaçqın və məcburi köçkünlərə dəstək

“Azercell Telekom” MMC artıq 10 ildən çoxdur, erməni təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə əlindən gələn yardımı edir. Belə tədbirlər, 9 may 2005-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda məskunlaşmış 1000 nəfər məcburi köçkünə, Bərdədəki “Türk Qızıl Ay”, “Ərəb 1”, “Ərəb 2” çadır-düşərgələrində, eləcə də Ağcabədi və Ağdamda məskunlaşan 3500-dən çox məcburi köçkün ailəsinə Novruz bayramı münasibətilə ərzaq yardımlarının paylanması olub.

Qeyd edək ki, “Azercell”in ictimai-sosial layihələrində qaçqın və məcburi köçkünlərə maddi dəstək xüsusi yer tutur. Yalnız son iki il ərzində şirkətimiz doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizə dəyəri 1 milyon ABŞ dollarından artıq olan yardım göstərib.

“Azercell Telekom” sosial qayğıya ehtiyacı olanları diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə gördüyü işləri bundan sonra da davam etdirəcək. Həmvətənlərimiz öz yurdlarına qayıdanadək şirkətimizdən qayğı və mənəvi dəstək alacaqlar.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr