Azərbaycan məktəblisi və tələbəsinə qayğıTəhsil istənilən toplumun inkişafının təməl daşıdır. Bunu dərindən dərk edən “Azercell Telekom” MMC Azərbaycanın təhsil sisteminin müasir dünyada qəbul olunmuş standartlara uyğunlaşması üçün əlindən gələni əsirgəmir. Şirkətimiz ənənəvi olaraq hər il Azərbaycan Dövlət Neft Akademiyasının elmi-praktik konfranslarının təşkilinə və keçirilməsinə yardımçı olur. 2004-cü ildə Akademiyanın “İnternet Mərkəzi”, “Azeronline” Şirkəti tərəfindən pulsuz İnternetlə təmin olundu. 2006-cı ildə isə həmin Mərkəzə şirkətimiz tərəfindən kompüter dəstləri hədiyyə olundu.
2008-ci il may ayının 5-6 tarixlərində “Azercell Telecom” MMC-nin köməkliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasının aspirantları və gənc tədqiqatçılarının Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib.
Sosial sərmayələr çərçivəsində daha bir tədbir Neftçalada həyata keçirilib. Bir qrup şirkət nümayəndəsi şəhid Mehman Səfərov adına Neftçala şəhər internat məktəbinə baş çəkərək, müəssisənin uşaqlara 100 yataq dəsti və 2 ədəd kompüterdən ibarət hədiyyəsini çatdırıb.
Şirkətimiz həm də bir sıra istedadlı, savadlı tələbələrin təhsilhaqlarının ödənilməsinə də yardımçıdır. Çünki Azərbaycanın inkişafının, birbaşa, gənclərimizin keyfiyyətli təhsil almalarına bağlı olduğunu bilirik.
Bu mövzuya aid digər xəbərlər:
"Bilik günü ərəfəsində Azercell məktəb və uşaq evlərinə baş çəkdi!
|