Yanvarın 28-də «Avropa» otelində «Skills@Work Challenge» yarışının milli finalı baş tutub. Yarışmanın finalında 7 peşə-texniki məktəbini təmsil edən 100 şagird iştirak edib. Onlar irəli sürülmüş biznes probleminin ən yaxşı həlli variantını təklif etmək uğrunda yarışıblar.

«Junior Achievement» Azərbaycan təşkilatı və British Councilin təşkilatçılığı və “Azercell Telekom”-un dəstəyi ilə keçirilən Skills@Work (İş üçün bacarıqlar) yalnız Böyük Britaniyada deyil, ümumiyyətlə Cənub-Şərqi Avropa ərazisində peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən bir layihədir. Skills@Work gəncləri öz bacarıqlarından işgüzar və innovativ formada istifadə etməyə həvəsləndirir, nəticədə onların işə düzəlmək imkanlarını, həm də sahibkarlıq qabiliyyətlərini artırır. Bu il yarış eyni zamanda 18 ölkədə keçirilib.

Azərbaycanda 2009-cu ilin oktyabrından yarışa hazırlıq başlanılıb. Seçim mərhələlərində Bakı və Qubadan olan 240 gənc şagirdin sahibkarlıq və komandada işləmə bacarıqları sınaqdan keçirilib. Nəticədə 20 komanda finala vəsiqə qazanıb. Onlar biznes ideyalarını hazırlayıb münsiflərə təqdim ediblər. Biznes nümayəndələrindən ibarət münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, yeniliyi və komandanın təqdimat bacarığına əsaslanaraq qiymətləndirilib. Qalib komanda 21-25 aprel 2010-cu il tarixində Belqrad, Serbiyada keçiriləcək regional Skills@Work Challenge yarışında iştirak etmək imkanı əldə edib.

Qalibləri təbrik edən Azercell Telekom MMC-nın Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümün rəhbəri Ülviyyə Həsənzadə öz çıxışında bildirdi ki: “Gənclər üçün böyük imkanlar yaradan bu yarışmaya «Azercell Telekom» MMC dəstək verməsi təsadüfi deyil. Şirkət daim gənclərin yaradıcı qabiliyyətlərini artırmağa, onların öz peşəkar bacarıqlarına uyğun iş tapmasına kömək edən layihələrə imza atır.”

Hazırda «Azercell»in həyata keçirdiyi və çox maraqla qarşılanan «Təqaüd» və «Barama» layihələri məhz bu qəbildəndir. Şirkətin uğurla həyata keçirdiyi «Təqaüd» proqramı biliklərini artırmaq və gələcək karyerasını indidən planlaşdırmağı istəyən gənclər üçün nəzərdə tutlub. Bu layihə çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında müvəffəqiyyətlə oxuyan gənclər 200 AZN təqaüd alır, həm də təhsili bitirdikdən sonra «Azercell» şirkətində işə düzəlmək imkanı qazanırlar. «Barama» layihəsi isə informasiya kommunikasiya texnologiyaları sahəsində yeni proyektlər işləmək arzusunda olan istedadlı gənclərə bu imkanı yaradır.

«Azercell Telekom» MMC bundan əvvəl də British Councillə birlikdə gənc istedadların üzə çıxmasına yardım edən layihələrə dəstək göstərib.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: