Milli İdman Salnaməsinin “Azercell” səhifəsiArtıq bir neçə ildir, Azərbaycan idmanındakı yeniliklər ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. İdmançılarımızın əldə etdikləri nailiyyətlər onlara dəstək verənləri də ruhlandırır. 2004-cü ildə Afinada keçirilmiş XXVIII Yay Olimpiya Oyunlarında şirkətimiz Azərbaycan Milli Olimpiya Komandasının telekommunikasiya sponsoru oldu. Şirkətimiz, idmançılarımızı müasirtipli mobil telefonlar və Yunanıstan paytaxtında beynəlxalq rabitə xidməti ilə təmin etdi, onlar üçün ziyafət, eləcə də konsert proqramı keçirdi.
Bundan başqa, biz Bakıda keçirilən Bədii Gimnastika Üzrə Dünya Çempionatına da təşkilati dəstək göstəririk. Azərbaycan idmanı ilə həm peşəkar, həm də həvəskar səviyyədə məşğul olan idmançılarımıza dəstək olmağı özümüzə borc bilirik. Bu səbəbdən, təkcə 2005-ci il ərzində şirkətimiz Bədii Gimnastika üzrə Dünya Çempionatı ilə yanaşı, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə keçirilən futbol turnirinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin voleybol klubuna da hərtərəfli dəstək verib.
Şirkətimizin sponsorluğu ilə Bakıda keçirilən Şahmat üzrə I Prezident Kuboku turniri bu qədim oyunun mahir ustalarının əsl yarış meydanına çevrildi. Baş mükafat uğrunda Olimpiya sistemi ilə Azərbaycanın 32 ən güclü şahmatçısı mübarizə apardı. Turnirin qaliblərini və iştirakçılarını qiymətli hədiyyələrlə mükafatlandırdıq.
2006-ci ilin may ayında “Azercell Telekom” BM-in korporativ abonentləri arasında yeni futbol turnirinə start verilmişdi. Mini Futbol Turnirin keçirilməsində “Azercell”in məqsədi şirkətlər arasında dostluq əlaqələrini möhkəmləndirmək, korporativ abonentlerin asudə vaxtlarını səmərəli keçirməsinə yardım etmək, onların sağlamlığını qorumaq və Azərbaycanda futbolu inkişaf etdirməkdir.
“Azercell Telekom” BM “Rabitə Bakı” (АZE) qadın voleybol komandasına 2004-cü ildən sponsorluq edir. Şirkətin dəstəyi ilə bu müddət ərzində komanda çoxsaylı uğurlara imza atıb. 2005-ci ilin sentyabr ayında MDB ölkələrinin Bakıda keçirilən Beynəlxalq İdman Oyunlarında qızıl medala layiq görülüb.
Ötən ilin iyun ayında isə Minsk şəhərində “Dostluq, sülh və sağlamlıq” şüarı altında keçirilmiş oyunda və 2007-2008-ci illərdə Voleybol üzrə Respublika çempionatında gümüş medallara sahib olub. Bu il “Rabitə Bakı” (АZE) qadın voleybol komandası Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CEV CUP 2008-2009" turnirində iştirak etmək hüququ qazanıb. |