Qrup şirkətləriGeocell
Geocell Gürcüstanın ilk GSM operatorudur. Şirkət 1996-cı ildən etibarən fəaliyyətə başlayıb. Hal-hazırda Gürcüstan ərazisinin əhaliyaşayan hissəsinin 95%-ni əhatə edir. Geocell-in şəbəkə sistemi "Ericsson" şirkətinin ən qabaqcıl texnologiyaları üzərində qurulmuşdur.
Geocell haqqında daha ətraflı məlumat üçün: www.geocell.com.ge səhifəsinə müraciət edin.
K'Cell
GSM Kazakhstan OJSC Kazakhtelecom LLP (K'Cell Qazaxıstan Səyyar) kommersiya fəaliyyətinə 1999-cu ildə başlamışdır. İlk öncə OJSC Kazakhtelecom-un törəmə şirkəti kimi yaranan həmin şirkət, GSM standartlı səyyar rabitə şəbəkəsinin yaradılması və idarə olunması üçün radiotezliklər spektrindən istifadə hüququ adlı Dövlət Lisenziyasının ilk sahibi olmuşdur. Hal-hazırda şirkət abonentlərin sayı, inkişaf sürəti, sərmayələrin həcmi və xidmət çeşidi kimi ciddi göstəricilər üzrə Qazaxıstan bazarında qabaqcıl yer tutur.
K'Cell haqqında daha ətraflı məlumat üçün: www.kcell.kz səhifəsinə müraciət edin.
Moldcell
Moldovanın GSM operatoru olan Moldcell şirkətinin başlıca məqsədi yüksəksəviyyəli xidmət təklif etməklə müştərilərin rəğbətini qazanmaqdır. Fəaliyyətinin ilk günlərindən Moldova bazarında Qısa Mesaj Xidməti və saniyə hesabı tariflər təklif edən bu şirkət, ən müasir xidmətlər təklif edərək, müştərilərinin tələblərinə cavab verə biləcəyini təsdiq etmişdir.
Moldcell haqqında daha ətraflı məlumat üçün: www.moldcell.md səhifəsinə müraciət edin.
Azeronline
Azeronline Azercell şirkəti tərəfindən 1999-cu ilin 29 dekabr tarixində yaradılmışdır.
Azeronline-nın məqsədi ölkə əhalisini dünya standartlarına uyğun yüksəkkeyfiyyətli İnternet xidmətləri ilə təmin etməkdir.
Azeronline ölkə ərazisini tam əhatə etməyi planlaşdırır. Belə ki, Mövcudluq Nöqtələri artıq Bakı, Gəncə, Quba, Naxçıvan, Sumqayıt, Mingəçevir, Şəki və Qəbələdə quraşdırılmışdır. Hal-hazırda Azeronline dial-up və ayrılmış xətt vasitəsilə İnternet şəbəkəsinə qoşulmaq imkanlarını təqdim edir. ADSL-qoşulma sayəsində aparılan işlərin bir mərhələsi artıq başa çatdırılmışdır. Hal-hazırda 430, 431, 433, 438, 439, 484, 493, 494, 495, 498, 499, 403, 510 və 598 ATS abonentləri bu xidmətə qoşula bilərlər. Yaxın vaxtlarda digər ATS abonentləri də ən müasir İnternet-qoşulma xidmət növü olan ADSL-qoşulmadan istifadə edə biləcəklər.
Azeronline haqqında daha ətraflı məlumat üçün: www.azeronline.com səhifəsinə müraciət edin. |